Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbi üzrə

15.10.2018

15 oktyabr 2018-ci il tarixdə Şəki şəhər 3 nömrəli uşaq musiqi məktəbində Azərbaycan Dövlət Müstəqilliyi Gününə həsr olunmuş musiqili-ədəbi tədbir təşkil olunmuşdur. Məktəbin direktoru Şəmsiyyət Əsgərova tədbiri giriş sözü ilə açaraq hamını salamladı. Şəmsiyyət Əsgərova və məktəbin kamança müəllimi Lətafət Ağayeva çıxış edərək qeyd etmişlər ki, “üstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır. Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur. Buna misal kimi müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaradılmış Şirvanşahlar, Eldəgizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin adını çəkə bilərik. Şah İsmayıl Xətainin dövründə Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləşdirirdi və Azərbaycan dili dövlət dili səviyyəsinə yüksəldilmişdi.  Xalqımız ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanmışdı. 1918-ci ildə Azərbaycanda bütün islam dünyasında ilk demokratik respublika qurulmuşdur. Lakin bu respubilikanın ömrü qısa oldu. Belə ki, xarici müdaxilə, daxili çəkişmələr və digər amillər üzündən Azərbaycan Demokratik Cümhuriyyəti az vaxtdan – cəmi 23 aydan sonra süqut etdi. Ötən əsrin son onilliyinədək davam edən sovet hakimiyyəti illərində xalqımız dövlət müstəqilliyindən məhrum qalsa da, respubilikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmiş və müstəqillik üçün lazımı əsaslar yaratmışdır.  Ötən əsrin sonlarında xalqımıza yenidən dövlət müstəqilliyinə qovuşmaq səadəti nəsib oldu. Sovet İttifaqı dağildıqdan sonra 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu.  Həmin vaxtdan bəri xalqımız azad yaşayır, öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Respubilikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilmişdir. Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin rəmzləridir.

Sonda şagirdlərin ifasında Vətənə, müstəqilliyə həsr olunmuş mahnılar və şeirlər ifa etmişlər.