Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ulu poeziyamızın əbədi gənci”

25.09.2018

25 sentyabr 2018-ci il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qırxbulaq kənd folklor klubu, Qırxbulaq kənd tam orta   məktəb kollektivi ilə birgə Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibəti ilə “Ulu poeziyamızın ədəbi gənci” adlı poeziya axşamı keçirilmişdir.

Tədbiri folklor klubunun müdiri Yusif Lətifov açaraq ədəbiyyatı və xalqını canından əziz tutan Mikayıl Müşfiq haqqında qısaca məlumat verdi. Daha sonra məktəbin ədəbiyyat  müəlliməsi Qumru Həsənova nakam şairimizin həyat və yaradıcılığına nəzər salaraq   bildirdi ki, şairin yaradıcılığının əsas hissəsini  “Ana”, “Vətən”, “Həyat”, “İnsan”, “Təbiət”, “Tərəqqi”, “Gözəllik”, “Sevgi” mövzuları təşkil edir. Müşfiq ilk növbədə lirik, romantik, gənclik, məhəbbət şairi olub. “Yenə o bağ olaydı”, “Həyat sevgisi”, “Yadıma düşdü”, “Sənə qurban”, “Sənin gülüşlərin” və s. şöhrət gətirib, dillər əzbərinə çevrilib. Qumru müəllimə Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirini səsləndirdi.

Məktəbin şagirdlərindən Sara Əlili, Səidə Lətifova Mikayıl Müşfiqin şeirlərini söylədilər. Sonda folklor klubunun bədii özfəaliyyət kollektivinin ifasında M.Müşfiqin sözlərinə bəstələnmiş mahnılar səsləndirildi.