22.09.2018
22.09.2018-ci il tarixdə Şəki 2 nömrəli uşaq musiqi məktəbində Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmuş tədbir keçirildi.
Musiqi nəzəriyyəsi şöbəsinin hazırladığı tədbirdə məktəbin direktoru, tədris işləri üzrə direktor müavini, müəllimlər iştirak edirdilər. Tədbirdə böyük bəstəkarımızın müraciət etdiyi janrlar haqqında məlumat verib, Azərbaycan musiqisinə böyük özəlliklər gətirdiyini söylədilər. Üzeyir Hacıbəyovun ictimai həyatının dövlətimiz və xalqımız üçün nə qədər dəyərli olduğunu, onun bir vətəndaş kimi millətinə, xalqına tarix yüklü fəaliyyətini iştirakçiların nəzərinə çatdırıldı. Sonra başqa-başqa janrlardan ifalar səsləndirildi. Sonda məktəbin direktoru çıxış edib Üzeyir bəyin həyatının dövlətimiz və xalqımız üçün nə qədər özəl olduğunu qeyd edib bildirdi ki, nə qədər müstəqil Azərbaycan yaşayacaq, Üzeyir Hacıbəyli şəxsiyyəti və onun ölməz, möhtəşəm musiqisi yaşayacaq.
Tədbirin sonunda tədbir iştirakçıları birgə xatirə şəkili çəkdirdilər.