Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sevilərək yaşanan ziyalı ömrü”

10.09.2018

İsa Hüseynov (Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya göz açıb. Atası Mustafa Hüseynov məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. "Azərnəşr"də Ədəbiyyat şöbəsinin redaktoru, "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında baş redaktor, redaktor, Ssenari şurasının üzvü, Azərbaycan  Kinematoqrafiya  Komitəsində baş redaktor vəzifələrində çalışıb.

10 sentyabr 2018-ci il tarixində Ü.Hacıbəyov adına folklor evi S.Mümtaz adına 13 nömrəli kitabxana ilə birlikdə  İsa Muğannanın 90 illiyinə həsr olunmuş “Sevilərək yaşanan ziyalı ömrü” adlı  mühazirə  keçirmişdir.

Tədbirdə İsa Muğannanın həyat və yaradıcılığından bəhs edildi. Kitabxana müdiri Gövhər Bəkirova İsa Muğannanın müəllifi olduğu əsərlər haqqında tədbir iştirakçılarına məlumat verdi. Daha sonra Ü.Hacıbəyov adına folklor evinin mədəni təşkilatçısı Yasin Məmmədov tədbir iştirakçılarına kollektiv adından minnətdarlığını bildirmiş və tədbirdə fəal iştiraklarına görə hər kəsə təşəkkürünü bildirmişdir.

Daha sonra tədbirdə İsa Muğannanın məşhur pyeslərindən olan “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar” pyeslərindən danışıldı.