Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər Ə.Abdullayev adına diyarşünaslıq evində 31 Dekabr Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirildi

28.12.2017

Şəki şəhər Ə.Abdullayev adına diyarşünaslıq evində 31 Dekabr Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirildi.

Tədbrirdə 7 saylı uşaq bağçasının müəllimləri və uşaqları iştirak etdilər. Çıxış üçün söz diyarşünaslıq evinin bədii rəhbəri Mətanət Paşayevaya verildi. O, bütün  tədbir iştirakçılarını təbrik etdi, qarşıdan gələn yeni ildə  hər kəsə bol ruzi, bərəkət və cansağlığı arzuladı.

Yeni il şənliyinin əsas qəhramanları olan Şaxta Baba və Qar qızın səhnəyə gəlişi uşaqların sevincinə səbəb oldu.

Uşaqlardan Zəhra Hüseynovanın ifasında “Qışa uğurlar olsun”, Könül Abbaslının ifasında “Qar deyir”, Həbibə Məmmədovanın ifasında “Təzə il ” mahnısı, Gültac Xaspoladovanın ifasında “Şaxta baba” şeiri, Nuray Hüseynzadənin  ifasında “Təzə il” şeiri səsləndirildi. Tədbir Ə.Abdullayev  adına diyarşünaslıq evinin bədii özfəaliyyət kollektivinin çıxışı ilə başa çatdı.