Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Baş Zəyzid kənd sənətkarlıq evi MKS-nin 49 saylı filialı ilə birlikdə “Vətənin igid əsgərləri” adlı tədbir təşkil etmişdir

18.08.2018

18.08.2018-ci il tarixdə Baş Zəyzid kənd sənətkarlıq evi MKS-nin 49 saylı filialı ilə birlikdə “Vətənin igid əsgərləri” adlı tədbir təşkil etmişdir. Tədbirdə zastava komandiri çıxış edərək qeyd etdi ki, 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti sərhədlərin mühafizəsi haqqında Qanun qəbul etmişdir. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən 2000-ci il avqustun 18-nin sərhədçilərin peşə bayramı günü kimi rəsmiləşdirilməsi Azərbaycanda sərhədçi peşəsinə verilən əhəmiyyətin təzahürüdür. Bu səbəbdən üç rəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması, şimal və şimal-qərb sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından başlamış, Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin sərhəd qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarlar sübut etmişdir ki, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadirdir. Ulu öndər Heydər Əliyevin 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərmanı dövlətimiz üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etdiyini bir daha nümayiş etdirmişdir. Sonra təbrik üçün söz sənətkarlıq evinin direktoru X.Mahmudova verildi. O da əsgər və zabit heyətinin təbrik etməklə bərabər bildirdi ki, son illərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Xidmətin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələrində və zastavalarında müasir şəraitin yaradılması Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir. Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır. Quruda, havada və suda sərhədlərin etibarlı şəkildə qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülür. MKS-nin 49 filialının dirktoru Z.Abbasov da bütün sərhədçi əsgər və zabitləri bu gün münasibəti ilə təbrik etdi və xüsusi vurğuladı ki, hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri də onun dövlət sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır. Sərhədlərimizin toxunulmazlığının təmin edilməsi və etibarlı qorunmasının aktual olduğu dövrdə Azərbaycan sərhədçiləri öz peşə borclarına sadiq qalaraq vətənin keşiyində layiqincə dururlar. Xarici təhdidlərin aradan qaldırılması kimi mühüm missiyanın yüksək səviyyədə həyata keçirilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqətində olan xüsusi məsələdir. Azərbaycan sərhədçiləri beynəlxalq terrorizmə, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı qətiyyətlə mübarizə aparırlar. Tədbir Baş Zəyzid kənd sənətkarlıq evi özfəaliyyət kollektivinin çıxışı ilə başa çatdı.