Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalq ruhunun tərcümanı

16.08.2018

Bu il Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi tamam olur. Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək yaratdığı rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəmizi daha da zənginləşdirən görkəmli söz ustadıdır. Bu münasibətlə 16 avqust 2018-ci il tarixdə C.Cabbarlı adına Mərkəzi Kitabxananın oxu zalında Qax rayon S.Vurğun adına Mədəniyyət Mərkəzi və C.Cabbarlı adına Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Aşıq Şəmşir 125 illiyinə həsr olunmuş "Xalq ruhunun tərcümanı” adlı ədəbi-bədii məclis keçirilmişdir. Tədbirin qonaqları Aşıq Şəmşir yaradıcılığından, onun bitib tükənməyən söz dünyasından söhbət açmış, əsərlərindən nümunələr səslənmişdir. Tədbirin qonağı aşıq Şəmşir yurdu Kəlbəcərdə yaşamış, şair Hümmət Əmrahov aşıqla bağlı maraqlı xatirələrini söyləmiş, ona həsr etdiyi şer numənələrini tədbir iştirakçılarına təqdim etmişdir.

Tədbirdə ŞRMİ məsləhətçisi Dilarə Əzizova iştirak etmişdir.