04.08.2018
Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq sərəncamına əsasən “Bölgələrdən bölgələrə” regionlararası yaradıcılıq festivalı çərçivəsində keçirilən tədbirlər növbəti dəfə Qusar və Sumqayıt şəhərlərini ünvan seçdi.
03 avqust 2018-ci il tarixdə Qusar rayonunda, 04 avqust 2018-ci il tarixdə isə Sumqayıt şəhərində keçirilən festivalda M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən instrumental ansamblının solisti, müğənni Vüqar Hüseynov və Şəki sənətkarları iştirak etmişdir. Festivalda Şəkini təmsil edən kollektvin rəhbəri M.F.Axundzadə adına şəhər Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov hər iki regionda tədbirlərin uğurla keçdiyini bildirmişdir.