Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxımızın Cavanşiri

06.08.2018

Doğrudanda hər bir mahalı, obanı məhşurlaşdıran, müqəddəsləşdirən oraya mənsub olan insanlardı. Elə insanlar ki, onların yoxluğu əməllərində görünsün. Avqustun 6-da bizi Qaşqaçay kəndinə aparan arzu, istək də şəhid övladımız Cavanşir Rəhimovun məhz o torpaqda göz açması, o torpağın oğlu olması idi.

Vətən mənə nə verdi?

Qışqırıb bunu deyən.

Vətəndən nə umursan?

Bir yol özündən soruş,

Sən Vətənə nə verdin?

Səndən başlanır Vətən!

 

Vətən uğrunda ölən varsa Vətəndir. Böyük Məmməd Araz deyirdi” Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim!” Bu gün biz fəxarətlə deyirik - Vətən sənə oğul deyir Cavanşir!

Avqustun 6-da Qaşqaçay kəndində Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir Rəhimovun xatirəsinə həsr olunmuş “Qaxımızın Cavanşiri” adlı anım gecəsi keçirildi. Tədbirdə rayonun ziyalıları, gəncləri iştirak edirdi. Ziyalılardan 5 saylı orta məktəbin direktoru YAP qadınlar şurasının sədri S.Əsgərova, Maliyyə şöbəsinin müdiri Rasim Məmmədov, Qax İdman Gənclər İdarəsinin rəisi Əlövsət Bayramov, ŞRMİ-nin məsləhətçisi D.Əzizova, Qaşqaçay Bələdiyyəsinin sədri Ruzigar Cəlilov, müəllimlərdən Zəminə Babayeva, Nizami Yunusov, Qax MKS-nin direktoru G.Əhmədova, Qax Bələdiyyəsinin sədr müavini Günel Məmmədova, RİH-nin nüamyəndəsi Orxan Səmədov, şəhid ailələrindən Tahirə xanım, Şükufə xanım çıxış etdilər. Şəhidin anası Lalə Rəhimova sonda çıxış edərək tədbir təşkilatçılarına minnətdarlığını bildirdi.

Tədbirdə gənclərdən Günel Əhmədovanın, Aytac İbrahimlinin, Rəhim Yunislinin və Lalə Mirzəyevanın ifasında vətənpərvər mövzulu mahnı və şerlər səsləndirildi.

Tədbirin sonunda  Cavanşir Rəhimovun əziz xatirəsinə həsr olunmuş

“Cavanşir” sənədli filmi nümayiş olundu.