Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər Heydər Əliyev adına istirahət parkında mütaliə həftəsi keçirmişdir

15.07.2018

09 iyul 2018-ci il tarixdən 15 iyul 2018-ci il tarixədək MKS-inin V.İbrahim adına 9 №-li kitabxana filialı Heydər Əliyev Mərkəzi ilə birlikdə Heydər Əliyev adına istirahət parkında mütaliə həftəsi keçirmişdir. Müxtəlif yaş qrupları üzrə oxucular, hətta şəhərə gələn xarici qonaqlar da mütaliə həftəsində iştirak etdilər. Mütaliə həftəsində Azərbaycan şair və yazıçılarının əsərləri ilə yanaşı xarici ölkə yazıçılarının əsərləri, elmi-publisistik əsərlər, nağıl kitabları, jurnallar  nümayiş olunmuşdur. Həftə ərzində kitablar oxucu maraqlarına uyğun dəyişdirilərək yeniləri ilə əvəz olunmuşdur.