Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan mətbuatının qaranquşu - Əkinçi”

21.07.2018

21 iyul 2018-ci il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Baş Göynük kənd  diyarşünaslıq evi, 62 sayli kitabxana-filialı ilə birlikdə Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə “Azərbaycan mətbuatının qaranquşu-Əkinçi” mövzusunda mühazirə oxundu. Tədbiri giriş sözü ilə sənətkarlıq evinin direktoru Qərib Bəkirov açdı. Qərib müəllim tədbir iştirakçılarını salamladı və Milli Mətbuat Günü  haqqında geniş məruzə ilə çıxış etdi. Daha sonra söz mühazirə etmək üçün Baş Göynük kənd tam otra məktəbinin tarix müəllimi Yusif Hüseynəliyev müəllimə verildi. Yusif müəllim Milli Mətbuat və Jurnalistika Gününün yaranması barədə geniş məlumat verdi. Tədbirdə kənd sakinləri ilə Baş Göynük kənd tibb işçiləri də iştirak edirdi. Tədbirdə iştirak edənlər maraqlandıqları suallarla mühazirəçiyə müraciət etdilər və aldıqları cavablardan razı qaldılar. Sonda 62 sayli kitabxananin kitabxanaçısı Talıbova Səlamət tədbir istirakçılarına öz təsəkkürünü bildirdi və tədbiri bağlı elan etdi.