Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bayrağımız şərəfimiz -namusumuz”

20.07.2018

AXC-nin 100 illiyi münasibətilə Qax rayon C.Cabbarlı adına mərkəzi kitabxananın təşkilatçılığı ilə kitabxananın balaca oxucuları Bayraq muzeyində qonaq oldu. Muzeyin hər bir guşəsi Azərbaycanımızın qədimliyindən xəbər veriridi. Azərbaycanın qədim xanlıqları və onlara məxsus bayraqlar, sikkələr, müxtəlif illərdə, müxtəlif tarixi şəraitə uyğun dəyişən  gerbimiz, himnimiz, bayrağımız haqqında məlumatlar olduqca maraqlı idi. MKS-nin direktoru G.Əhmədova tədbir iştirakçıları olan balacalara bayrağımız və bu bayrağın keçdiyi şanlı tarixi haqqında maraqlı məlumatlar verərək qeyd etdi ki, “Vətənə sevgi bayrağa sevgidən başlayır.  uşaqlara bunu aşılamağa çalışdıq. Bayraq AXC-nin bizə qoyub getdiyi ən böyük, ən qiymətli sərvətdir. Gəlin sərvətimizi göz bəbəyimiz kimi qoruyaq. O gün olsun bayrağımız bütöv Azərbaycan səmasının göylərində dalğalansın.” Şairə Solmaz Elqızı bayrağımızı vəsf edən şerlər söylədi. Balacalar muzey haqqında, dövlət rəmzlərimizə olan sevgilərini öz sözləriylə ifadə etdilər.