Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Almalı kənd mədəniyyət evində Aşıq Şəmşirin 125 illik yubleyi ilə əlaqədar “Aşıq Şəmşir dəli dağdan keçəndə” adlı ədəbi-bədii gecə keçirilmişdir

26.07.2018

26 iyul 2018-ci il tarixdə Almalı kənd mədəniyyət evində Aşıq Şəmşirin 125 illik yubleyi ilə əlaqədar “Aşıq Şəmşir dəli dağdan keçəndə” adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbiri giriş sözü ilə Almalı kənd mədəniyyət evinin bədii rəhbəri X.Nəsibov açaraq, aşığın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Almalı kənd körpələr evinin musiqi müəllimi A.Əhmədova  “Aşıq Şəmşir dəli dağdan keçəndə” adlı məruzə ilə çıxış edərək Aşıq Şəmşirin dağlara, təbiətə vurğunluğundan danışdı. Tədbirdə aşığın sözlərinə bəstələnmiş aşıq musiqiləri ifa edildi.  Sonda Aşıq Şəmşirin şəkillərindən ibarət sərgi nümayiş olundu.