Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı bu dəfə Göygöl rayonunda keçirilib

21.07.2018

On beş regionun mədəniyyət incilərinin təqdim olunduğu yaradıcılıq festivalının növbəti tədbiri 21 iyul 2018-ci il tarixində Göygöl rayonunda təşkil olunub. Heydər Əliyevin adını daşıyan parkda təşkil olunmuş milli mənəvi dəyərlərimizi daha yaxından öyrənməyə imkan verən bu tədbirdə əvvəlcə Mədəniyyət Nazirliyinin, şəhər rəhbərlərinin və region  mədəniyyət idarələri rəislərinin iştirakı ilə sərgiyə baxış keçirildi. Sonra regionların mədəniyyət ustalarının hazırladıqları rəngarəng konsert proqramı tamaşaçılara təqdim olundu. Rayon ictimaiyyətinin böyük marağına səbəb olan sərgidə bölgələrin mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş olunub. Belə tədbirlərin yay mövsümündə təşkili yerli sakinlərlə yanaşı, xarici ölkələrdən gələn turistlərə də Azərbaycanın rəngarəng mədəni həyatı ilə yaxından tanış olmaq imkanı yaradır.