Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

4 saylı uşaq musiqi məktəbində Yeli il şənliyi keçirilmişdir

27.12.2017

Şəki 4 saylı uşaq musiqi məktəbində 27 dekabr 2017-ci il tarixində “31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə konsert  təşkil edilmişdir. Konsertdə müəllim və şagirdlərin ifasında rəngarəng musiqilər səsləndirilmiş, səhnəciklər göstərilmişdir. Tədbirdə Şaxta baba, Qar qızın gəlişi və şagirdlərə sovqat gətirməsi xüsusi sevincə səbəb oldu. Sonda məktəbin direktoru İbrahim Rəsulov çıxış edərək, hər kəsə yeni ildə cansağlığı,  işlərində və dərslərində yeni-yeni  uğurlar arzuladı. Tədbir şagirdlərin rəqsləri ilə başa çatdı.