19.07.2018
19.07.2018-ci il tarixdə Oğuz rayon Mərkəzi kitabxanasında 22 iyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Azərbaycan mətbuatı" adlı oxucu konfransı keçirildi.
Tədbirdə “Oğuz yurdu” qəzetinin kollektivi, RİH-in nümayəndələri, Gİİ- nin, “Oğuz yurdu” qəzetinin keçmiş əməkdaşları, tarix-diyarşünaslıq muzeyinin, H.Əliyev Mərkəzinin kollektivləri iştirak edirdilər. Tədbir iştirakçıları öncə Ümummilli lider H.Əliyevin abidəsinin önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə “Oğuz yurdu“ qəzetinin redaktoru N.Hüseynli acaraq Milli mətbuatın yaranma tarıxı və “Oğuz yurdu” qəzetinin kecmişi və bu günkü fəaliyyəti haqqında geniş məlumat verdi. Mərkəzi kitabxananın informasiya-resurs şöbəsinin müdiri M.Bəkirova “Milli mətbuatımızın tarixi” başlıqlı məruzəsi ilə çıxış emişdir. Çıxışına Ulu Öndərin: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. Bu gün əsas vəzifə onun geniş imkanlarından milli dövlət quruculuğunda, demokratik dəyərlərin bərqərar edilməsində, sivil vətəndaş cəmiyyətinin formalaşmasında, islahatların həyata keçirilməsində, insanların mənəvi saflaşmasında səmərəli istifadə etməkdən ibarətdir. Mətbuat həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir” sözləri ilə başladı. Sonra Şəki Regional Mədəniyyət İdarəsinin Oğuz rayonu üzrə baş məsləhətçisi U.Baxışova, rayon ziyalıları Q.Əliyev, S.Quliyev, RİH-in nümayəndəsi İ.Abdullayeva, Oğuz rayon bələdiyyəsinin sədr müavini A.Əliyev, mərkəzi kitabxananın fəal oxucusu Ş.Ruhlu və başqaları çıxış edərək “Oğuz yurdu“ qəzetinin kollektivini “Milli mətbuat günü” münasibəti ilə təbrik etdilər və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Qəzet səhifələrində yaradıcı gənclərə xüsusi yer verilməsi tövsiyyə olundu. Tədbirin sonunda tədbir iştirakcılarına “22 iyul - Milli Mətbuat və Jurnalistika Günü “ adlı sərgi təqdim olundu.