Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Regional Mədəniyyət İdarəsinin kollektivi “Bölgələrdən bölgələrə” regionlararası yaradıcılıq festivalı çərçivəsində Salyan və Sabirabad şəhərlərində səfərdə olmuşdur

01.07.2018

Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Xalq  Cumhuriyyətinin 100 illik  yubileyi  haqqında”  müvafiq sərəncamına əsasən  “Bölgələrdən bölgələrə”  regionlararası  yaradıcılıq  festivalı çərçivəsində  30 iyun - 1 iyul 2018-ci il  tarixlərində  Salyan və  Sabirabad  şəhərlərində  Şəki Regional Mədəniyyət İdarəsinin kollektivi, Şəki sənətkarları, şəbəkə və Şəki şirniyyatı ustaları yüksək səviyyədə çıxış etmişdilər.

Festivalda M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov şəkililərin adından çıxış edərək digər bölgələrdən olan sakinlərə Şəki adət-ənənəsi, Şəki dəyərləri haqqında məlumat vermişdir.  Respublikanın hüdudlarından kənarda məşhur olmuş təkəlduz sənətini Şəkidə yaşadan Güləndam xanım festifalda öz sənət əsərlərini nümayiş etdirmişdir.  

Bundan başqa Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən B.Ələsgərova adına folklor klubunun müdiri Sərdar Yunusovun rəngarəng çıxışı tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş etmişdir.