Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə keçirilən “İpək Yolu” festivalında “Əsli və Kərəm” muğam operası oynanılıb

29.06.2018

Uğurla davam edən Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 29-da axşam “Yuxarı Karvansaray” mehmanxana-kompleksində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” muğam operası açıq havada nümayiş olunub.

AZƏRTAC-ın bölgə müxbiri Mustafa Dadaşov xəbər verir ki, tamaşanın quruluşçu-rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, dirijor və xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, konsertmeysteri Əməkdar Artist Elxan Mansurovdur (tar).

Tamaşada Əsli obrazını Rəvanə Əmiraslanlı, Kərəm obrazını isə Əməkdar Artist Elnur Zeynalov canlandırıblar.Muğam operada, həmçinin Dövlət Akademik Opera və Balet Teatrının xoru və solistləri iştirak ediblər.

Tamaşaya şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəsmiləri, festivala dəvət olunan qonaqlar, teatrsevərlər baxıblar.

Sonda təşkilatçılar adından kollektivin rəhbərinə festivalın rəmzi simvolu təqdim olunub.