Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Macarıstanın rəqs duetinin Şəki festivalında çıxışı maraqla qarşılanıb

29.06.2018

Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı üçüncü gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.

Festival çərçivəsində iyunun 29-da “Marxal” istirahət kompleksinin Yay Teatrında Macarıstanın Hajdara-Herczeg Hajnalka və Hajdara Tamas rəqs duetinin çıxışı olub.

Rəqqasları əsasən Macarıstanın xalq musiqisi sənətinin ustad təmsilçilərindən ibarət “Magos” orkestri müşayiət edib. 2008-ci ildə yaradılmış bu kollektiv əsasən Macarıstanın Transilvaniya və Dunayətrafı bölgələrində yaşayan xalqlara mənsub musiqini ifa edib.

Rəqs duetinin və musiqi qrupunun ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyəsi təqdim edilib.

(Məlumatı AZƏRTAC-ın bölgə müxbiri Mustafa Dadaşov təqdim edib.)