27.12.2017
27 dekabr 2017-ci il tarixdə 152 saylı Köçkün tam orta məktəbində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Zaqatala rayon Mədəniyyət Mərkəzinin, Şəhər Mədəniyyət evinin və köçkün tam orta məktəbinin birgə təşkil etdiyi “İlin mübarək Azərbaycan” adlı tədbir keçirilmişdir. Tədbiri Məktəbin direktoru Əkrəm Mirzəyev açıq elan etmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Mədəniyyət Mərkəzinin direktoru Samirət Hümbətova Azərbaycanın Həmrəyliyi Günü haqqında məlumat vermişdir. Tədbirdə Şəhər Mədəniyyət evinin “Çingiz” ritm qrupunun, Mədəniyyət Mərkəzinin “Günəş” rəqs qrupunun çıxışları olmuş, uşaqların ifasında mahnılar oxunmuş, şerlər səsləndirilmişdir.