Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki İ.S.Nakam adına mərkəzi kitabxanada Sovet rejiminin represiya dalğasına tuş gəlmiş nakam şair M.Müşviqin 110 illiyi ilə əlaqədar ”Yenə o bağ olaydı” adlı xatirə gecəsi təşkil olunmuşdu

25.06.2018

Şəki İ.S.Nakam adına mərkəzi kitabxanada Sovet rejiminin represiya dalğasına tuş gəlmiş nakam şair M.Müşviqin 110 illiyi ilə əlaqədar "Yenə o bağ olaydı" adlı xatirə gecəsi təşkil olunmuşdu.  İlk öncə şairin "Yenə o bağ olaydı" şeiri səsləndi. Sonra onun əzablı həyatından bəhs edən video-çarx nümayiş edildi. Şairin həyatı və onun yaradıcılığı haqqındaTərlan İsgəndərov ətraflı məlumat verdi. O qeyd etdi ki, O, 1908-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmışdı. Əslən Xızı rayonundandır. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdı. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darülmüəllimində və 12 saylı dərəcəli məktəbdə oxumuş, Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdi. Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdı. Bakının orta məktəblərində 7 il müəllimlik etmişdi. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdu (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şeirilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. Mikayıl Müşviq bədii tərcümə ilə də ciddi məşğul olub. 6 il evli olub: 1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürüb. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin «Müşfiqli günlərim» adlı xatirələr kitabı nəşr olunub. Kitab çap olunan kimi oxucular arasında böyük maraqla qarşılanmışdı. Kitabın son genişləndirilmiş nəşri isə 2005-ci ildə «Gənclik» nəşriyyatında işıq üzü görüb. Mikayıl Müşviq 1938-ci il yanvarın 6-da güllələnib. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, məktəbə, küçəyə və meydana adı verilib. Onun «Yenə o bağ olaydı», «Oxu, tar» və başqa şeirləri populyardır. Öldürülənə kimi Mikayıl Müşviqin 10 kitabı çap olunmuşdu.

1937-ci ildə isə xalqın ürəyini parçaladılar. Bu dəfə zərbə daha çox ədəbiyyat adamlarına dəydi. İmperiya əlindən gələn etdi ki, xalqın ruhunu tamamilə sarsıtsın. Ədəbiyyat mahiyyətcə əbədiliyi ifadə edir. Ümumən sənət görünənin arxasındakı görünməzlikdən soraq verir. Zaman-zaman məşhur sənət əsərləri məhz zamanı aşdığına, əbədiliyi bu və ya digər səviyyədə təsdiq etdiyinə görə mövcud olub, bu gün də yaşayır. 30-cu illərdən başlayaraq Moskva ədəbiyyat adamları arasında özünə carçılar axtarmağa başladı. Bu ideyaya tabe olmayanların məhvi planını məharətlə hazırladı və həyata keçirdi. 1937-ci il yaradıcı adamların ürəyində və ağlında elə dəhşətli xof yaratdı ki, bu gün də həmin xof ürəklərdən çıxmayıb. Hə qədər acı səslənsə də, bu, gerçəklikdir. 37-ci il repressiyaları zamanı biri-birlərini satanlar, xəyanətlər selində insanların halsızlığı, imperiyanın mütləq hakimliyi bütün aydınlığı ilə göründü, bilindi.

Sonra tarda Elmir Hümmətli Oxu tar musiqisini ifa etdi. Bir çox fikirlər səsləndi və həmin fikirlərə qarşılıq olaraq Tərlan müəllim cavablar ünvanladı. Daha sonra Müşviqin şeirləri səsləndi. "M.Müşviq-110" adlı sərgiyə baxış oldu.