Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Mərkəzi kitabxanada “Ordu güvən deməkdir” adlı dəyirmi masa keçirildi

25.06.2018

25.06.2018-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələrin 100 illiyi münasibətilə Şəki Mərkəzi kitabxanada “Ordu güvən deməkdir” adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə Oxu zalının müdiri Yaqut Sadıqlı açdı. O, tədbir iştirakçılarını salamlayaraq Silahlı Qüvvələr günü münasibətilə təbrik etdi və ordunun yaranması tarixi haqda qısa məlumat verdi.

Sonra söz Kitabişləmə şöbəsinin müdiri Sədaqət İbrahimovaya verildi. O, ordu quruculuğundan və onun bu günkü vəziyyətindən danışdı. Qeyd etdi ki, lk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.

Azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsi məqsədi ilə Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu.

C. Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi....

Tədbir boyu Azərbaycan ordusunun inkişaf tarixini əks etdirən videoçarx nümayiş olundu.

Sonda “26 iyun Silahlı Qüvvələr günüdür” adlı sərgiyə baxış oldu.