Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə əlaqədar Almalı kənd ərazisində yerləşən “N” saylı hərbi komendaturada bayram tədbiri keçirilmişdir

26.06.2018

26 İyun 2018-ci il tarixdə Qax rayon Mədəniyyət Mərkəzinin Almalı kənd mədəniyyət evi, Dəymədağlı və Şıxlar kənd mədəniyyət işçiləri ilə birgə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  yaranmasının 100 illiyi ilə əlaqədar Almalı kənd ərazisində yerləşən “N” saylı hərbi komendaturada bayram tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə Almalı kənd mədəniyyət evinin bədii rəhbəri X.Nəsibov açdı. Tədbirdə Almalı kənd ərazi icra nümayəndəsi, ictimai təşkilatlar, mədəniyyət işçiləri iştirak edərək, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə əlaqədar əsgərləri və zabitləri bayramı münasibətilə təbrik etdilər. Tədbir Almalı kənd mədəniyyət evinin, Dəymədağlı və Şıxlar kənd klubunun bədii özfəaliyyət kollektivlərinin hazırladığı konsert proqramı ilə sona çatdı.