Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda Mikayıl Müşfiqin 110 illiyinə hərs olunmuş “Gözdən yaş çıxarmı, ürək yanmasa” adlı ədəbi bədii gecə keçirilmişdir

08.06.2018

  08.06.2018–ci il tarixində Qax şəhər 1 nömrəli kitabxanası, 4 nömrəli kitabxanası və 1 nömrəli mədəniyyət evi birgə təşkilatçılığı ilə Mikayıl Müşfiqin 110 illiyinə hərs olunmuş “Gözdən yaş çıxarmı, ürək yanmasa” adlı ədəbi bədii gecə keçirildi.

  Tədbirdə Qax rayon Mərkəzi Kitabxananın direktoru Güllü Əhmədova, şəhər 2 nömrəli kitabxanasının kollektivi, Mədəniyyət Mərkəzinin kollektivi, 1saylı orta məktəbin şaqirdləri, 2 saylı orta məktəbin şaqirdləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə 1nömrəli mədəniyyət evinin direktoru Ceyran Rəcəbova açaraq tədbir iştirakçılarını salamlayıb  sözü aparıcıya verdi. Tədbirdə M.Müşfiqin “Oxu tar” musiqisi sənləndi. Bədii qiarət üzvləri M.Müşfiqin “Yenə o bağ olardı”, “Ana”, “Yağış yağarkən” və “Bir günəş, bir baxış” şeirlər səsləndirildi. Sonra 1 nömrəli Mədəniyət evinin bədii rəhbəri Kəmalə Muradova Mikayıl Müşfiqin sözlərinə bəstələnmiş mahnılar ifa etdi. Qax rayon Mərkəzi Kitabxananın direktoru Güllü Əhmədova və Mərkəzi kitabxana işçisi Solmaz xanım şairin yardıcılığından söhbət açdılar. Tədbirdə qonaqlar öz ürək sözlərini bildirdilər.