Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi Zaqatala rayon Heydər Əliyev Mərkəzində qeyd olunub

27.06.2018

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi Zaqatala rayon Heydər Əliyev Mərkəzində  qeyd olunub.Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edənlər Milli Ordunun yaradılması, möhkəmləndirilməsi və döyüş hazırlığının yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışıblar. Bildirilib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Milli Ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılıb. Vurğulanıb ki, müstəqil dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanan Milli Ordumuz bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzü bərpa etməyə və işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etməyə tam hazırdır.