Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ordum qürur mənbəyimdir”

24.06.2018

24 İyun 2018-ci il tarixdə MKS-inin Uşaq şöbəsində Milli Ordumuzun 100 illiyi münasibəti ilə “Ordum qürur mənbəyimdir” adlı uşaq səhərciyi keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Uşaq şöbəsinin müdiri Mirvari Rəsulova çıxış edərək vurğuladı ki, ana vətənimizin qəlbində Qarabağ dərdi ən ağrılı yerimizdir. Qarabağ kimi dilbər guşə düşmən tapdağı altında olduğu bir halda, biz heç vaxt özümüzü bəxtəvər hiss edə bilmərik. Buna bizim mənəvi haqqımız da yoxdur. Ya şəhid olmalı, ya da qəlb göynərtimiz olan Qarabağ torpağını qaytarmalı, Cıdır düzünə, İsa bulağına qovuşmalıyıq. Əlbəttə, ən böyük arzumuz odur ki, Ulu Tanrı ölümlə üz-üzə duran oğullarımızı heç vaxt dünya işığına, həyatın şirinliyinə həsrət qoymasın, onları dünyanın ən qiymətli əşrəfi kimi hifz edib saxlasın.

Bizim qeyrətli oğullarımızdan ibarət güclü ordumuz var. Və güclü ordusu olan vətən heç vaxt basılmaz. İnanırıq ki, belə qeyrətli oğulları olan ordumuz torpaqlarımızı düşmən tapdağında qoymayacaq və Azərbaycan xalqı xoşbəxtlik sevincini yaşayacaqdır.

Sonra uşaqlardan M.Zərgərova, F.Bağırova, E.Sadıqov, F.İmaməddinli, S.Musayev, A.Qarazadə, F.Süleymanov, O.Çələbiyev, F.Bağırlı, H.Həbibillahzadə, L.Rəsulova, Z.Soltanlı, A.Kərimli, S.Abdurəhmanova, N.Babayeva, Z.Saatova, M.ismayıllı, R.Məmmədov, İ.Rəsulzadə, M.Zərgərova və başqalarının ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndi,  şeirlər söyləndi və səhnəciklər göstərildi.

Sonda Uşaq şöbəsinin biblioqrafı K.Kərimova tədbirin hazırlanmasında köməklik göstərən 10 nömrəli məktəbin sinif müəlliməsi Ülviyyə müəlliməyə təşəkkürünü bildirdi.