Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər Heydər Əliyev Mərkəzində MKS-nin V.İbrahim adına 9 saylı kitabxana filialı 15 iyun Milli Qurtuluş günü münasibəti ilə ”Azərbaycanın Dövlət Müstəqilliyini təmin edən böyük qayıdış” adlı tədbir təşkil etmişdir

13.06.2018

13 iyun 2018-ci il tarixdə Şəki şəhər Heydər Əliyev Mərkəzində MKS-nin V.İbrahim adına 9 saylı kitabxana filialı 15 iyun Milli Qurtuluş günü münasibəti ilə "Azərbaycanın Dövlət Müstəqilliyini təmin edən böyük qayıdış"  adlı tədbir təşkil etmişdir. Tədbiri Şəki şəhər Heydər Əliyev Mərkəzinin direktoru Zeynəb Cəfərova açaraq, tədbir 15 iyun Qurtuluş Günü münasibəti ilə iştirakçıları təbrik etdi və bu günün Azərbaycanın Beynəlxalq aləmdə tutduğu mövqeyə görə Ulu öndərin xatirəsinin qürurla yad edilməsinin lazım olduğunu vurğuladı. Daha sonar Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı ilə dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edən, xalqımızın böyük xilaskarının xidmətlərindən danışdı.

Rüfanə Həsənova  “Qürur və fəxarət günü" adlı çıxışında tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik Milli Qurtuluşumuzun zəfər yürüşü günü olduğunu vurğuladı.

Sonda şəhər N.Gəncəvi adına 7 saylı    tam orta məktəbin şagirdləri “Qayıdışdan doğan qurtuluş” adlı ədəbi-kompazisiya ilə çıxış etdilər.