Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayonunda Milli Qurtuluş Günü qeyd olunub

14.06.2018

Zaqatala rayon Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış ulu öndərin abidəsini ziyarət etmiş, önünə tər çiçək dəstələri düzmüş, dahi rəhbərə sonsuz sevgi və ehtiramlarını bildirmişlər.

Sonra Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş ”Tarixin qızıl səhifəsi”  adlı elmi-praktik konfrans keçirilmişdir. Konfransda Azəbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, ulu öndərə həsr olunmuş film nümayiş etdirilmişdir.

Konfransda geniş məruzə edən Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısının birinci  müavini Tofiq Əhmədov 1993-cü ilin iyun hadisələri ərəfəsindəki hərc-mərcliyi, ölkəmizdə yaranmış ağır vəziyyəti xatırladaraq, yalnız ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində sabitliyin bərqərar olunmasından söz açmışdır. Natiq dünya şöhrətli siyasi xadimin Vətən və xalq qarşısındakı xidmətlərindən, zəngin dövlət idarəçiliyi təcrübəsindən danışmış, ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında, Azərbaycanın parçalanma təhlükəsindən xilas edilməsində, iqtisadiyyatımızın, elm və təhsilimizin inkişafında, respublikamızın dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin müstəsna rolunu nəzərə çatdırmışdır.  Natiq ümummilli liderimizin siyasi xəttinin bu gün də dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən əzmlə və uğurla davam etdirildiyini və xalqımızı parlaq, firavan gələcək gözlədiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirdə iştirak edən digər natiqlər də ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik ideyalarını sürətlə həyata keçirdiyini, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə sinə gərərək mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi keyfiyyətlərdən məharətlə bəhrələnərək xalqımızı qardaş qırğınından, vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdiyini, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olduğunu qeyd etmişlər.

Tədbir Heydər Əliyev istirahət  parkında bayram konserti ilə yekunlaşmışdır.