Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər İ.S.Nakam adına mərkəzi kitabxanada 15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Xalqın xilas günü” adlı elmi-nəzəri konfrans keçirildi

13.06.2018

13.06.2018-ci il tarixində  Şəki şəhər İ.S.Nakam adına mərkəzi kitabxanada  15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Xalqın xilas günü” adlı elmi-nəzəri konfrans keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra konfransı giriş sözü ilə  Y.Sadıqlı açdı. O, tədbir iştirakçılarını salamlayaraq  Milli Qurtuluş Günü münasibətilə təbrik etdi. “Nəyə görə 1993-cü iliyunun 15-ni Qurtuluş Günü adlandırırıq?” adlı çıxışla məruzə etmək üçün sözü MKS-nin direktoru S.Vahabova verdi. Çıxışında Seyid müəllim - Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan - Heydər Əliyevdir”.

Sonra söz Metodika və biblioqrafiya şöbəsinin müdiri Z.Nəsrullayevaya verdildi.

Z.Nəsrullayeva çıxışında “Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyunundan bu günü bayram elan etdi.”

Sonra Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı N.Əhmədova  “H.Əliyev bu gün aramızda yoxdursa da onun əməlləri bu gün yaşayır” mövzusunda çıxış etdi.

Sonda “Xalqın xilas günü” adlı sərgiyə baxış keçirildi.