Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Mərkəzi kitabxanada “Azərbaycanın müasir tarixini yaradan insan” adlı elmi-praktik konfrans keçirildi

12.06.2018

Azərbaycan xalqının milli qurtuluş günü - Azərbaycan Respublikasında rəsmi bayramlardan biridir. 1997-ci ilin 15 iyun günündən bayram günü kimi elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət status verilmişdir.13 iyun 2018-ci il tarixdə Balakən rayon Mərkəzi kitabxanada 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə “Azərbaycanın müasir tarixini yaradan insan”  adlı elmi-praktik konfrans keçirildi. Hər il olduğu kimi bu ildə kitabxanada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir yüksək səviyyədə təşkil olunmuşdur. Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin Balakən rayon üzrə baş məsləhətçisi Şəfəq Hacıyeva, Balakən yazarları Ramazan Xutra, şairə Nəfisət Vahid,  Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Ş.Sərvan,  Heydər Əliyev Mərkəzinin kollektivi, MKS kollektivi və.s iştirak edirdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə MKS-nin direktoru Məryəm Tağıyeva açdı. Tədbirdə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı, xalqını düşdüyü çətin vəziyyətdə xilas etməsi və nəhayət həmin günü xalqın Milli Qurtuluş Günü kimi qeyd olunması haqqında geniş məruzələr dinlənildi. Sonda  “Vətənin xilası, xalqın qurtuluşu” adlı geniş sərgiyə baxış keçirildi.