Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən MKS-nin Qaysa kənd kitabxana filialında ”15 iyun Müstəqilliyimizin zəfər yürüşü” adlı tədbir keçirilmişdir

12.06.2018

12  iyun 2018-ci il tarixdə Balakən MKS-nin Qaysa kənd kitabxana filialında 15 iyun Milli Qurtuluş Günü  münasibəti ilə "15 iyun Müstəqilliyimizin zəfər yürüşü" adlı tədbir keçirilmişdir. Tədbirdə Qaysa kənd orta məktəbinin şagird və müəllim kollektivi, kənd icra nümayəndəliyi, fəal oxucular, kəndin ziyalıları iştirak etmişdir. Tədbir Azərbayxcan Respublikasının Dövlət Himni ilə başladı. Sonra kitabxana müdiri F.Noyeva "15 iyun Müstəqilliyimizin zəfər yürüşü" adlı geniş məruzə ilə çıxış etdi. Sonra  məktəb şagirdlərinin ifasında Ulu öndər Heydər Əliyevə  həsr olunmuş şeir-kompozisiya təqdim olundu.