Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxanada “Sağlamlıq hüququmuz və sağlamlığa təsir edən amillər” mövzusunda dəyirmi masa keçirilmişdir

12.06.2018

12 iyun tarixində Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxanada 18 iyun İnsan hüquqları günü münasibətilə “Sağlamlıq hüququmuz və sağlamlığa təsir edən amillər” mövzusunda  dəyirmi masa keçirilmişdir. Tədbir insanın ən ali və lazımlı hüququ olan sağlamlıq hüququna həsr olunmuşdur. Tədbirdə “İnsanların sağlamlıq hüququnun təmini”,  “Rayonumuzda narkomaniyaya qarşı mübarizə tədbirləri” mövzularında  məruzə dinlənilmiş, sağlamlığın düşməni olan narkomaniya mövzusunda söhbət aparılmışdır. İştirakçılardan həkim Günay İsayeva uşaqların sağlamlığı və narkomaniyanın erkən yaşda uşaqlara təsiri mövzusunda maraqlı açıqlamalar vermişdir. Tədbirdə “Narkomaniya və onun bəlaları” mövzusunda slayd nümayiş olunmuşdur. Tədbirdə gənclər, səhiyyə və mədəniyyət işçiləri iştirak etmişdilər. Tədbirdə Şəki RMİ-nin üzrə məsləhətçisi Dilarə Əzizova iştirak etmişdir.