Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər MKS-nin Mərkəzi kitabxanasının təşkilatçılığı ilə “Muğamat var olan yerdə” adlı muğam axşamı keçirildi

11.06.2018

11 iyun 2018-ci il tarixdə YUNESKO-nun milli-mənəvi dəyərlərinin siyahisına düşmüş Azərbaycanın əvəzsiz sənət nümunəsi olan muğamımızın təbliği ilə əlaqədar Mədəniyyət Mərkəzinidə  Şəki şəhər MKS-nin Mərkəzi kitabxanasının təşkilatçılığı ilə “Muğamat var olan yerdə” adlı muğam axşamı keçirildi.

Tədbirin əsas məqsədi 7 əsas muğamımızı təbliğ etmək, onları gələcək nəsillərə ötürmək və bu irsi qoruyub saxlamaqdır.

Muğam axşamı “Qarabağ şikəstəsi” ilə başladı. Ondan sonra Rast, Segah, Şur, Çahargah, Bayatı Şiraz, Şüştər və Humayun muğamları ifa olundu. Muğamlar haqqında məlumat verildi.  Bədii qiraətçilərdən 10 nömrəli orta məktəbin dil ədəbiyyat müəlliməsi Şəfəq Xəlilova, 11 nömrəli orta məktəbin təşkilatçı müəlliməsi Arzu Əzizova, şairə,  Gülşad Nurani,  Mərkəzi kitabxananın Xidmət və abonement şöbəsində abonement bölməsinin müdiri Dilbər Yaqubova muğamlar haqqında şeirlər səsləndirdilər.

Muğam ifaçılarımızdan xanəndə, pedaqoq Mobil Məmmədov, Şəki Regional kollecin səs şöbəsinin tələbəsi Mehin Qarayeva, 4 nömrəli uşaq musiqi məktəbinin səs şöbəsinin şagirdi Aycan Şükürlü iştirak edirdi. İfaçıları tarda 3 nömrəli musiqi məktəbinin müəllimi Sərdar İlyaszadə, kamançada 2 nömrəli musiqi məktəbini şöbə müdiri Mina Eminova müşayiət etdi. Tədbirdə həmşinin 6 nömrəli uşaq baxçasının müdiri Mətanət Xasməmmədova muğamlarımızın gözəlliyini tərənnüm  etdi.

Tədbir ARB Şəki kanalı tərəfindən lentə alındı.