Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon MKS-nin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Şərqdən doğan günəş” adlı ədəbi-bədii gecə keçirilmişdir

11.06.2018

11 iyun 2018-ci il tarixində Zaqatala rayon MKS-nin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Şərqdən doğan günəş” adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbir tarix-mədəniyyət qoruğunda açıq səma altında təşkil edilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra tədbiri giriş sözü ilə Zaqatala rayon MKS-nin direktoru Gülniyar Məmmədova açdı. Çıxışında tədbir iştirakçılarını AXC-nin 100 illik yubileyi münasibətilə təbrik etdi. Gülniyar Məmmədova məlumat verdi ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi ilə bağlı Sərəncam imzalamışdır: “Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu hadisə təkcə dövlət quruculuğunu əks etdirmir, həm də Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir. Dövlət başçısının Sərəncamında da milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi əhəmiyyətlidir. Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdə özünü 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi, mənəvi varisi elan etdi. Daha sonra “Azərbaycan Xalq Cümhuriyyəti müstəqil Azərbaycan dövlətinin bünövrəsidir” adlı məruzə ilə Zaqatala rayon MKS-nin  direktor müavini Zeynəb Qocayeva, “Azərbaycan Xalq Cümhuriyyətində Zaqatala mərhələsi” adlı məruzə ilə kitabxanaçı Səbinə Şabanova çıxış etdirlər. Zaqatala rayon MKS-nin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş mahnı, şeir, inşa, rəsm müsabiqələrinin qalibləri fəxri fərmanla, fərqlənənlər isə təşəkkürnamə ilə təltif edildilər. Rəsm müsabiqəsinin qalibi Nigar Məmmədovanın əl işlərindən ibarət sərgi nümayiş etdirildi. Tədbir daha sonra bədii hissə ilə davam etmişdir.