Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər 3 saylı uşaq musiqi məktəbində Yeni il şənliyi keçirilmişdir

25.12.2017

25 dekabr 2017-ci il tarixdə Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbində “31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü” və Yeni ilin gəlişi münasibətilə şənlik təşkil olunmuşdur.

Şənliyi məktəbin direktoru açaraq şagirdləri salamlamış, Dünya Azərbaycanlılarının həmrəyliyi Günü haqqında məlumat vermiş, şagird və müəllimləri təbrik etmişdir. Tədbirdə məktəbin şagirdlərinin ifasında milli mahnılar səsləndirilmiş,  rəqslər ifa etmiş və şeirlər söyləmişlər.