Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Mədəniyyət Mərkəzində Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə “Vətənə can demişik, Azərbaycan demişik” devizi altında bədii qiraət müsabiqəsinin yekun turu keçirilmişdir

09.06.2018

S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə  “Vətənə can demişik, Azərbaycan demişik” devizi altında  keçirilmiş bədii qiraət müsabiqəsinin yekun turu 9 iyun tarixində keçirilmişdir. Gənclər və İdman idarəsi ilə birgə keçirilən müsabiqəyə qatılan 40 iştirakçıdan yalnız 15-i yekun turunda iştirak etmək hüququ qazanmışdır. İştirakçılar Azərbaycanı vəsf edən şeirləri məharətlə söylədilər. Münsiflər heyətinin rəyinə əsasən Mədəniyyət Mərkəzinin bədii qiraət dərnəyinin üzvü  Jalə Əfəndiyeva  C.Novruzun “Sevin Azərbaycanı”, Turaclı kənd klubunun üzvü  İbrahimova Nazpəri  M. Arazın “Məndən ötdü” şeiri ilə I yerə, Əliyeva Nərmin  M.Gülgünün “İlk beşiyim Azərbaycandır” şeirinə görə II yerə, Zərnə kənd mədəniyyət evinin üzvü Məmmədov Sərxan R.Qudyalçaylının “Azərbaycan” şeiri ilə III yerə layiq görülmüşdür. Heydərli Firəngiz və Aysun Musayeva isə həvəsləndirici mükafata layiq görüldülər. Mükafatları təqdim edərkən Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov, Qax rayonu üzrə nümayəndə Dilarə Əzizova, Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova və MİHT-nın sədri Abdul Mustafazadə çıxış edərək müsabiqəyə qatılan iştirakçılara təşəkkürünü bildirdilər. Sonda isə qaliblər və bütün iştirakçılar  MİHT və Gənclər və İdman İdarəsinin hədiyyələri ilə mükafatlandırıldı.