04.08.2026
Avqustun 4-də Şəki şəhər Uşaq İncəsənət Məktəbində təşkil olunan “Yay məktəbi” layihəsi ikinci günündə uğurla davam etdirilir.
Layihə çərçivəsində Bakı Musiqi Akademiyasının müəllimi Azər Hacıəsgərli tərəfindən rəqəmsal bacarıqların inkişaf etdirilməsi və rəqəmsal incəsənət istiqamətində, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif tərəfindən fortepiano, Şəki şəhər Uşaq İncəsənət Məktəbinin müəllimi Nihad Mustafazadə tərəfindən isə heykəltaraşlıq sahəsi üzrə təlimlər həyata keçirilir.
Keçirilən təlimlərdə ümumilikdə 50 nəfər yeniyetmə və gənc iştirak edir, onların müxtəlif yaradıcılıq istiqamətləri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi təmin olunur.
Qeyd edək ki, “Yay məktəbi” layihəsinin yekun tədbiri avqustun 5-də Şəkinin tarixi-memarlıq abidələrindən biri olan Yuxarı Karvansarayda keçiriləcək.