Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Mədəniyyət Mərkəzində Uşaq İncəsənət məktəbinin 2017-2018-ci tədris ilinin yukununa dair yekun konserti keçirilib

02.06.2018

02 iyun 2018-ci il tarixdə Qax rayon Uşaq İncəsənət məktəbində 2017-2018-ci tədris ilinin yukununa dair yekun konserti keçirilib. Konsert rayon Mədəniyyət mərkəzində təşkil olunmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa xanım Heydərova , rayon Gənglər və İdman Komitəsinin sədri Əlövsət Bayramov, Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçi Dilarə xanım Əzizova  və s. iştirak etmişdir.

Məktəbin direktoru Xatirə xanım İmamova açaraq tədbir iştirakçılarını salamladı. Tədbirdə məktəbin şagirdlərdən ibarət ansamblı, xanəndəlik şöbəsinin, musiqi şöbəsinin və xoreoqrafiya şöbəsinin şagirdləri çıxışlar etdilər. Foyedə Təsviri İncəsənət şöbəsinin şagirdlərinin rəsm və əl işlərində ibarət sərgisi təşkil olunmuşdur.

Xanəndəlik şöbəsi şagirdlərinin çıxışları, musiqi şöbəsi şagirdlərinin tək-tək solo ifaları alqışlarla qarşılandı. Xoreoqrafiya şöbəsinin şagirdlərinin rəqsləri tamaşaçılarda şən əhval-ruhiyyə yaratdı.

Sonra 2017-2018-ci tədris ili ərzində müsabiqələrdə  və rayon tədbirlərində  fərqlənən şagirdlər diplom  və hədiyyələrlə təltif olun.

Tədbirin sonunda Rayon İcra Hakimiyyəti Başçısının müavini  Vəfa xanım Heydərova çıxış etdi. O, öz çıxışında məktəbin direktoru Xatirə  xanım İmamovaya və tədbir   iştirakçılarına minnətdarlığını bildirərək belə tədbirlərin davamlı olmasını arzuladı.