Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə Milli Mətbuat Günü münasibətilə dəyirmi masa keçirilib

22.07.2026

22 iyul – Milli Mətbuat Günü münasibətilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

Çıxışlarda Azərbaycan milli mətbuatının zəngin tarixi, cəmiyyətin maarifləndirilməsində və ictimai fikrin formalaşmasında mətbuatın rolu, həmçinin müasir dövrdə medianın qarşısında duran vəzifələr vurğulanıb.

Qeyd olunub ki, milli mətbuatımız daim dövlətçilik ənənələrinə sadiq qalaraq cəmiyyətin inkişafına mühüm töhfələr verir.

Dəyirmi masa çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparılıb, media sahəsində mövcud çağırışlar və perspektivlər müzakirə edilib.

Sonda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri təbrik olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.