Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki 3 nömrəli Uşaq Musiqi məktəbində I siniflərin “Not-Əlifba” adlı tədbiri keçirilmişdir

05.06.2018

05 iyun 2018-ci il tarixdə Şəki 3 nömrəli Uşaq Musiqi məktəbində I siniflərin “Not-Əlifba” adlı tədbiri keçirilmişdir. Məktəbin birinci sinif şagirdləri bu tədbirdə çox fəal iştirak etmişlər. Birincilərdən ibarət xor kollektivinin ifasında müxtəlif mahnılar və ixtisaslarına uyğun solo ifaları tamaşaçıların alqışları ilə qarşılanmışdır. Sonda məktəbin direktoru müavini Şəfa Abdullayeva çıxış edərək müəllim və şagirdlərə uğurlar arzuladı.