Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabit Rəhmanın Ev-Muzeyinin yaradılmasından 25 il ötür

30.06.2026

İyunun 30-da Sabit Rəhmanın Ev-Muzeyinin yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirilib.

 

Sabit Rəhmanın Ev-Muzeyinin təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi Şəki şəhər Komitəsinin dəstəyi ilə keçirilən tədbiri muzeyin direktoru Pərvanə İskəndərova açaraq, müəssisənin 25 illik fəaliyyəti haqqında ətraflı məlumat verib.

 

Tədbir çərçivəsində iştirakçılar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin dəstəyi ilə ərsəyə gətirilən “Muzey və teatr arxasında tarixi izlər” adlı sərgi ilə tanış olublar.

 

Daha sonra Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında Emin Sabitoğlunun bəstələrindən ibarət musiqi nömrələri təqdim edilib.