30.06.2026
İyunun 30-da Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Oğuz rayon Mərkəzi Kitabxanasının, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə Gənclər və İdman sektorunun və Oğuz rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Sağlam nəsil – güclü cəmiyyət” adlı maarifləndirici tədbir keçirilib.
Çıxışlarda müasir dövrün ən mühüm problemlərindən biri olan narkomaniyanın bəşəriyyət üçün yaratdığı ciddi təhlükələrdən, insanların sağlam həyat tərzinə mənfi təsirindən və cəmiyyət üçün doğurduğu fəsadlardan bəhs edilib.
Tədbir çərçivəsində iştirakçılar “İçindəki günəşi qoru – narkotikə yox de!” adlı fotostendlə və “Ağ ölümə qarşı mübarizə et!” başlıqlı sərgi ilə tanış olublar.