Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycanda insan və vətəndaşın hüquq və azadlıqları”

06.06.2018

6 iyun 2018-ci il tarixdə Bideyiz kənd folklor evində İnsan Hüquqları Gününə həsr olunmuş, “Azərbaycanda insan və vətəndaşın hüquq və azadlıqları” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Bideyiz kənd tam orta məktəbinin müəllimi Vidadi Baqılov çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasına əsasən ölkəmizdə yaşayan hər kəsin irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi partiyalara mənsubiyyətindən olmayaraq hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsi  insan və vətəndaş hüquqları və azadlıqlarının təminatına aiddir. Bu maddə ilə dövlətin iki başlıca vəzifəsi müəyyən edilir: 1) hüquq və azadlıqlara əməl etmək; 2) hüquq və azdlıqları müdafiə etmək. İnsan və vətəndaş hüquq və azadlıqları dövlət, icra, qanunvericilik orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarda, həm də hüquq normalarının tətbiqi prosesində pozulmur. İnsan və vətəndaş hüquq və azadlıqlarını dövlət tərəfindən təmin etmək üçün Konstitusiya ilə bir sıra təminatlar nəzərdə tutulmuşdur. Tədbir iştirakçıları da öz çıxışlarında Azərbaycanda insan və vətəndaş hüquqlarının beynəlxalq normalara uyğun təmin edildiyini qeyd etmişlər.

Sonra mühazirə ətrafında çıxışlar və fikir mübadiləsi olmuşdur.