Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ə.Abdullayev adına diyarşünaslıq evində Beynəlxalq Uşaqların Müdafiə Günü münasibəti ilə “Uşaqları qoruyaq” adlı uşaq konserti keçirildi

01.06.2018

31 may 2018-ci il tarixində Ə.Abdullayev adına diyarşünaslıq evində Beynəlxalq Uşaqların Müdafiə Günü münasibəti ilə “Uşaqları qoruyaq”  adlı uşaq konserti  keçirildi.

Tədbirdə 7 saylı uşaq bağçasının kollektivi və uşaqları iştirak etdilər. Diyarşünaslıq evinin müdiri Şahsənəm  Məmmədov tədbiri açaraq bildirdi ki, 1950-ci ildən dünyanın bir çox ölkələrində qeyd olunan bu bayramın əhəmiyyəti böyükdür. Əlamətdar gün Azərbaycanda da, ənənəvi olaraq qeyd edilir, uşaqlara qayğı və diqqət hər zaman dövlətin diqqət mərkəzindədir. Uşaq bağçasının körpə fidanları  Nuray Hüseynzadə  “Anamın köməyiyəm”,  Tuncay Hüseynov  “Balaca Əsgər”,  Həbibə Məmmədova “Azərbaycan” şeirlərini, Fatimə Məmmədli “Gözəl Vətən” mahnısını  səsləndirdilər. Bağçanın böyük qrupunın uşaqlarının ifasında  “Qaval” rəqsi böyük maraqla qarşılanıb.