27.05.2026
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 28 May – Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində konsert proqramları, ədəbi-bədii gecələr və sərgilər təşkil olunub. Musiqi nömrələri, şeirlər və rəqs çıxışları təqdim edilib, kitabxanalarda müstəqillik tariximizə həsr olunmuş nəşrlər nümayiş etdirilib.
Çıxışlarda 28 May tarixinin Azərbaycan xalqının tarixində mühüm yer tutduğu və milli dəyərlərimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd olunub ki, müstəqilliyimizin qorunması və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın əsas vəzifələrindəndir.