26.05.2026
Mayın 26-da Ümumdünya Kitabxanaçılar Günü münasibətilə Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Vurğunu da salar yada” adlı ədəbi-bədii gecə keçirilib.
Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı, Şəki şəhər Heydər Əliyev Mərkəzi, 3 nömrəli Uşaq musiqi məktəbi və MİHİ şəhər Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin əməkdaşları, yerli yazarlar, mədəniyyət və təhsil işçiləri iştirak edib.
Tədbirdə çərçivəsində Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin müəllimlərindən ibarət ansambl tərəfindən şairin sözlərinə yazılmış musiqilər ifa olunub, müəllimlərdən ibarət xor kollektivi çıxış edib.
Tədbirin sonunda bir sıra kitabxanaçı səmərəli fəaliyyətinə görə təltif edilib.