Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Səməd Vurğun adına folklor evi 11 nömrəli orta məktəbin şagirdləri ilə birlikdə “Göyərçinik biz” adlı bayram səhərciyi təşkil edilmişdir

31.05.2018

31 may 2018-ci il tarixində Səməd Vurğun adına folklor evi  11 nömrəli orta məktəbin şagirdləri ilə birlikdə “Göyərçinik biz” adlı bayram səhərciyi təşkil edilmişdir. Tədbirdə uşaqların ifasında səhnəciklər, rəqslər nümayiş olundu, şeirlər səsləndirildi.

Tədbirə Şəki Təhsil şöbəsinin metodisti Ülviyyə xanım dəvət olunmuşdu. O, Uşaqların Müdafiəsi Günü haqqında geniş məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb.

Tədbirin sonunda folklor evinin direktoru uşaqları təbrik edib tədbiri bağlı elan etdi.