25.05.2026
Mayın 25-də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Oğuz rayonu M.F.Axundzadə adına Mədəniyyət Mərkəzi və Şəki şəhər "Narınqala" Folklor Evinin birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Vurğun keçdi bu yerlərdən” adlı ədəbi-bədii gecə keçirilib.
Oğuz rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin, rayon Təhsil sektorunun, Gənclər və İdman sektorunun əməkdaşları, həmçinin mədəniyyət və təhsil işçiləri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Səməd Vurğunun təkcə şair deyil, həm də Azərbaycanın hər qarış torpağını misralarında vəsf edən böyük vətənpərvər olduğu, əsərlərinin bu gün də aktuallığını qoruduğu vurğulanıb.
Tədbir çərçivəsində şairin ölməz misralarına bəstələnmiş musiqilər ifa olunub. Mədəniyyət işçilərinin təqdimatında “Ana öyüdü”, “Ölüm sevinməsin qoy” və.s əsərləri təqdim olunub.