19.05.2026
Mayın 19-da Qax rayonun C.Cabbarlı adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Kitabın sehrinə qovuşaq!” adlı Kitab bayramı keçirilib.
Qax rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə kitabsevərlər, ziyalılar, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları öncə “Heydər Əliyev-103”, “Zərifə Əliyeva-103”, “Şəhərsalma və Memarlıq İli”, “Mədəniyyət – 2040”, “Əsrləri aşan kitablar”, “Uşaq ədəbiyyatı”, “Dünya ədəbiyyatı”, “Qaxlı yazarlar” və digər mövzularda təşkil olunmuş kitab sərgiləri ilə tanış olublar.
Tədbirdə dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyevin mədəniyyət sahəsində həyata keçirdiyi məqsədyönlü siyasət, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində gördüyü misilsiz xidmətlər vurğulanıb. Qeyd olunub ki, məhz onun rəhbərliyi dövründə Azərbaycan mədəniyyəti yeni inkişaf mərhələsinə qədəm qoymuş, kitabxana işi, nəşriyyat sahəsi və ümumilikdə maarifçilik ənənələri daha da gücləndirilib.
Tədbir Mədəniyyət Mərkəzinin və Uşaq incəsənət məktəbinin təqdim etdiyi konsert proqramı ilə davam edib.