Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Səməd Vurğun adına folklor evinin kollektivi N saylı hərbi hissədə bayram konserti təşkil etmişdir

28.05.2018

28 may Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Səməd Vurğun adına folklor evinin kollektivi N saylı hərbi hissədə bayram konserti təşkil etmişdir. Konsertdə folklor evinin “Buta” instrumental ansamblının kollektivi, hərbi hissənin əsgər və zabit heyəti iştirak etmişdir. Müğənni Gülüstan Qəhrəmanova vətənpərvərlik ruhunda mahnıları ilə tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş etdi. Hərbi hissənin yüksək vəzifəli zabitləri əsgərləri və tədbirin təşkilatçılarını təbrik edib onlara öz minnətdarlıqlarını bildirmişdir.

Sonda folklor evinin direktoru Fəxrəddin Yusifov çıxış edərək  tədbir iştirakçılarına öz minnətdarlığını bildirmiş, N saylı hərbi hissə ilə daima əməkdaşlıq etdiklərini vurğulayaraq tədbiri bağlı elan etdi.